Novruz bayramında bu tarixlərdə iş olmayacaq

11:01 - 20 Fevral 2023

Novruz bayramında bu tarixlərdə iş olmayacaq

Qarşıdan gələn Novruz bayramında 5 gün qeyr-iş günü olacaq.

 

Manset.az xəbər verir ki, Nazirlər Kabinetinin "2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" Qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin günlər iş günü hesab edilmir.

Qeyd edək ki, sabah ilk çərşənbə - Su çərşənbəsidir. Fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı martın 20-dir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az