Ağır qəzada yaralananların son durumu AÇIQLANDI

12:20 - 25 Fevral 2023

Ağır qəzada yaralananların son durumu AÇIQLANDI

“TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə baş verən hadisə ilə əlaqədar 5 nəfər yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib”.

 

Bu barədə Manaet.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən ( TƏBİB) məlumat verilib.

“Hadisə nəticəsində xəsarət alan bir nəfər ailəsinin istəyilə özəl tibb müəssisəsinə, iki nəfər isə vəziyyətlərinə uyğun olaraq TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunublar. 

Hazırda Sabunçu Tibb Mərkəzinin Cərrahi reanimasiya şöbəsində 2 nəfərin müalicəsinə davam edilir. Onlardan 1-nin vəziyyəti ağır, digərinin vəziyyəti isə stabil qiymətləndirilir.

Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunan xəstələrdən biri ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə öz ərizəsi ilə tibb müəssisəsini tərk edib”, - rəsmi məlumatda bildirilib

Qeyd edək ki, fevralın 24-də saat 22:00 radələrində paytaxtın Ziya Bünyadov prospektində bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az