“Azəriqaz” rəhbərliyinin Lənkəran, Astara və Lerik sakinləri ilə görüşü olacaq

10:24 - 07 Aprel 2023

“Azəriqaz” rəhbərliyinin Lənkəran, Astara və Lerik sakinləri ilə görüşü olacaq

SOCAR “Azəriqaz” İB rəhbərliyinin Lənkəran şəhərində vətəndaş qəbulu keçiriləcək.

 

Manset.az xəbər verir ki, 10 aprel saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı  Lənkəran, Astara və Lerik sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinə (tel:(051)792 79 95 ; 025 (25) 4-43-66) müraciət edə bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az