Rusiya sülhməramlıları öz vətəndaşlarını Qarabağdan çıxarıblar

14:46 - 07 Aprel 2023

Rusiya sülhməramlıları öz vətəndaşlarını Qarabağdan çıxarıblar

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları buraya əvvəllər gəlmiş Rusiya Federasiyası vətəndaşlarını bu ərazilərdən çıxarıblar.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "Peacekeeper" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, əldə olunan razılaşmalar çərçivəsində Rusiya vətəndaşlarının təxliyəsi həyata keçirilib.

Beşi uşaq olmaqla 63 nəfər çıxarılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az