logo
logo logo
logo

Eduard Bağırov vəfat etdi - FOTO

09:54 - 13 Aprel 2023

Eduard Bağırov vəfat etdi - FOTO

Azərbaycanəsilli rusiyalı yazıçı Eduard Bağırov 47 yaşında vəfat edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Varlamov News” teleqram kanalı yazıçının yaxınlarına istinadən yazıb.

Mənbənin sözlərinə görə, son bir həftədə Bağırov komada olub. Onda orqan çatışmazlığının yarandığı bildirilir.

Qeyd edək ki, yazıçı, kinodramaturq, radioaparıcı E. Bağırov 1975-ci ildə Türkmənistanın Marı şəhərində anadan olub. Onun atası azərbaycanlı, anası isə rusdur. 2007-ci ildə “Qastarbayter” romanı sayəsində məşhurlaşıb. 2008-ci ildə “Sevgililər”, 2010-cu ildə isə “İdealist” romanı işıq üzü görüb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az