Və...Qalmaqallı uşaq evinin direktoru işdən çıxarıldı

10:57 - 13 Aprel 2023

Və...Qalmaqallı uşaq evinin direktoru işdən çıxarıldı

Xətai rayonu 3 nömrəli Uşaq evinin direktoru Məhbubə Hüseynova işdən çıxarılıb. 

 

Manset.az Azxeber.com-a istinadən xəbər verir ki, müəssisənin rəhbərliyində dəyişiklik edilərək bu vəzifəyə Gülnarə Şəmiyevaya təyin edilib. 

Bu gün Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə görüşü keçirilib. 

Həmçinin son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Xüsusi olaraq qeyd edilib ki, bu gün ölkəmiz sürətlə inkişaf edir, bütün sahələrdə yüksək nailiyətlər əldə olunur və odur ki, bu inkişaf tempinə uyğun olaraq burada tərbiyə alan uşaqlar üçün müvafiq tədbirlər planı hazırlanmalı və onun həyata keçirilməsi təmin olunmalıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az