İrandan AĞILASIĞMAZ SSENARİ - Bakını vurmaq üçün Laçından başladı...

09:55 - 14 Aprel 2023

İrandan AĞILASIĞMAZ SSENARİ - Bakını vurmaq üçün Laçından başladı...

İran Bakı ilə İrəvan arasında qara zolaq yaratmaqda davam edir. Belə görünür ki, molla rejimi bu iki ölkə arasında sülh müqaviləsini məhz özünün varlığı üçün təhdid hesab edir. Niyə İran? Çünki son günlər Vaşinqtondan və Moskvadan gələn müsbət siqnallar deməyə əsas verir ki, ABŞ və Rusiya öz maraqları çərçivəsində hazırki məqamda Cənubi Qafqazda sabitlik istəyindədirlər. Hər iki ölkə Ukrayan cəbhəsində bir-birinə qarşı olan düşmənçilik toxumlarını nə qədər əbədiləşdirsələr də bölgəmizlə bağlı məsələdə həmfikir kimi görünməkdədirlər. 

 

İstər ABŞ olsun, İstərsə də Moskva bu gün əllərindən gələni edirlər ki, məhz İrəvanla Bakı arasındakı sülh danışıqlarında əsas tərəf kimi rolunu gözəçarpacaq dərəcədə artırmaqla özlərinə region dövlətləri arasında etimadı daha da artırsınlar. Əslində hər iki tərəf məhz bir-birini bu prosesdən kənarlaşdırmaq, regionu təsir dairəsindən çıxarmaq üçün bu məsələdə belə bir yol seçiblər. Çünki hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyi, logistika imkanları və təbii rüsuruslarna görə olduqca önəmli aktor olmaqda davam edir. Bu, ABŞ üçün Qərbin Rusiyanın enerji asılılığından xilas olmaq olduqca önəmlidir.

Eyni şeyi Rusiya üçün də demək olar, lakin fərqli aspektdən məsələyə yanaşmaq lazımdır. Kreml üçün yeni dünya düzəninin formalaşmasında əsas mərhələ olan Ukrayna ilə savaş fonunda Rusiyanın Cənubi Qafqazdakı taleyinə aydınlıq gətirilməsində Azərbaycanın mövqeyi və atdığı addımlar olduqca əhəmiyyətlidir. Bütün bu deyilənlər Azərbaycana imkan verir ki, Ermənistanla sülh danışıqları istiqamətində daha uğurlu, məhsuldar olacağı bir mövqedə qərar tutsun.

Laçında şəhidlər verdiyimi Ermənistanın son hərbi təxribatından sonra Bakının İrəvanla hansı dildə danışması məsələsini müəyyənləşdirmək adına həlledici hadisə ola bilər. Belə demək mümkünsə hazırda qarşımızda 3 ssenari var:

1. Sülh sazişi imzalanır və Ermənistanla Azərbaycan qarşılıqlı ərazi bütövlüyünü tanıyıb, sərhədləri müəyyən edirlər və münasibətləri normallaşdırırlar.

2. İkincisi, mövcud vəziyyət, yəni, statuskvo rus sülhməramlı kontingentin müddətinin başa çatacağı 2025-ci ilədək davam edir. Bu müddətdə kiçik və lokal miqyaslı sərhəd toqquşmaları, silahlı insidentlərin baş verəcəyi ilə razılaşmaq.

3. 3 illik fasilədən sonra yeni bir Ermənistan-Azərbaycan müharibəsi baş verir. Belə olacağı təqdirdə 44 günlük Vətən müharibəsindən fərqli olaraq hadisələrin nəzarətdən çıxacağı, eskalasiyanın baş verdiyi coğrafiyanın böyüyəcəyi istisna edilmir. Nətəcədə ikitərəfli müharibə üçüncü güclərin də müdaxilə edə biləcəyi regional müharibəyə çevriləcək.

Bu məsələdə hazırda ən maraqlı tərəf kimi məhz İran görünür. Əgər İkinci Qarabağ müharibəsi zamanı İran mövqeyini müxtəlif yollarla ört-basdır etməyə, erməni sevdasını pərdələməyə, Ermənistana qardaşlıq siyasətini gizlətməyə çalışırdısa, bu gün situasiya tamamilə fərqlidir. 

Bu gün artıq İran molla-fars rejiminin dövlət , ayətullah, SEPAH səviyyəsində Ermənistanın təhlükəsizliyini özləri üçün "qırmızı xətt" elan etdiyindən hər kəs xəbərdardır. Hətta bu sevgi o qədər böyükdür ki, İran hakimiyyəti müsəlman, İslam düşməni olan Ermənistanı, - o Ermənistanı ki, 30 illik işğal dövründə tapdağı altında olan Azərbaycan ərazilərindəki 67 məsciddən 65-i məhv edib, - öz qanadı altında saxlayaraq Bakını qarşısına almağa tərəddüd etmədi. 

Məhz Laçın istiqamətində Ermənistan ordusunun mövqelərimizi İranın hədiyyə etdiyi dronlarla hədəf alması ilə bağlı məlumatlar bir daha deməyə əsas yaradır ki, molla rejimi Ermənistan üzəroindən Azərbaycanla savaşmaq ssenarisini gğzdən keçirir. Laçındakı son təxribat da böyük ehtimalla İranın bir nəbz yoxlaması idi. 

Əslində, İranın Ermənistanı silahlandırdığı gözlənilən idi. Ukraynaya qarşı işğalçı müharibəni genişləndirmək üçün Rusiyaya pilotsuz uçuş aparatları və raket verən İran eyni silahları strateji tərəfdaşı Ermənistana da ötürməklə öz regional və qlobal maraqlarını təmin etmək niyyətindədir. Hətta bunun üçün molla rejimi İslam düşməni obrazını da özünə yaraşdırır.

4 gün əvvəl - 9 apreldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Tehrana çağıran İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin erməni həmkarına lazımi təlimatlar verdiyi aşkardır. Bu təxribatın da elə həmin səfərdən dərhal sonra baş verməsi İran-Ermənistan tandeminin məkirli planlar qurduğunu və bu istiqamətdə yeni silahlı insidentlərin baş verəcəyini istisna etmir. 

Belə görünür ki, sğzügedən Tehran görüşündən sonra “Cənubi Qafqaz regionunda istənilən coğrafi dəyişikliyin əleyhinəyik” deyən Əli Şamxani Armen Qriqoryanı Azərbaycan əleyhinə gərəkli addımlara “cəsarətləndirib”. 44 günlük Vətən müharibəsindən sonrakı hadisələr də açıq nümayiş etdir ki, Ermənistan və Qarabağdakı qondarma rejim qalıqları Rusiya və İranın Azərbaycana qarşı alətlərdir.

Bunun nəticəsidir ki, Ermənistan nə Azərbaycanla sülh sazişi imzalamaq istəyir, nə sərhədin müəyyələşməsiylə bağlı danışıqlara başlayır, nə də Zəngəzur dəhlizini açmağa həvəs göstərir. Bütün bu məqamlar isə hazırda daha çox İranın istəklərinə uyğundur. Buradan bir daha Laçındakı təxribatın sifarişçisinin kimliyi aydınlaşır. Amma heç bir təxribat, heç bir eskalasiya riski Azərbaycanın gözünü qorxutmur, əksinə daha da sərt və qətiyyətli addımlar atmağa sövq edir. Çünki artıq başqa alternatimiviz yoxdur.

Atabəy Türkel


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az