“Zərifə Əliyeva oftalmologiyada bir nömrə idi” – “Sönməyən işıq”

15:15 - 28 Aprel 2023

“Zərifə Əliyeva oftalmologiyada bir nömrə idi” – “Sönməyən işıq”

"Zərifə Əliyeva oftalmologiyada bir nömrə idi".



Manset.az xəbər verir ki, bu fikrləri Rusiya Tibb Elmləri və Rusiya Elmlər Akademiyasının akademiki Alevtina Brovkina oftalmoloq-alim, akademik Zərifə Əliyeva haqda söyləyib.

"O, yod sənayesinin zərərlərini öyrənirdi. O, elmdə heç kimin görmədiyi işlə məşğul oldu və həyatını buna həsr etdi. Sənaye oftalmologiyası üzrə elmi-tədqiqat laboratoriyası yaratdı. Arkadi Pavloviç Nesterov "Zərifə Əliyeva oftalmologiyada bir nömrə idi" deyirdi. Əlbəttə, o dövrdə layiqli insanlar çox idi. Sənaye oftalmologiyası, normal fizologiya problemində isə Zərifə xanım həqiqətən bir nömrə idi. Bu gün "quru gözlər"dən danışırıq. Təbii ki, o, bu işdə bir nömrə idi. Biz bunu unutmamalıyıq".

QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsinin məlumatına görə, Akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilən “Sönməyən işıq” adlı film "Kinoproqramlar və dublyaj" redaksiyası tərəfindən ərsəyə gəlib.

“Sönməyən işıq” filmi bu gün saat 15:00-da AzTV-də yayımlanacaq.

Akademik Alevtina Brovkinanın Zərifə Əliyeva haqda söylədiyi fikrləri izləmək üçün linkə keçid edin: https://www.youtube.com/watch?v=lz2CNTnNJic&ab_channel=AZTVMedia

Filmin anonsunu təqdim edirik: https://www.youtube.com/watch?v=eJpcd7d-2VA&ab_channel=AZTVMedia


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az