Goranboy rayon sakinlərinin qaz təchizatı ilə bağlı müraciətləri "Açıq mikrofon"da - FOTOLAR

16:40 - 04 May 2023

Goranboy rayon sakinlərinin qaz təchizatı ilə bağlı müraciətləri \"Açıq mikrofon\"da - FOTOLAR

Goranboy rayonunda təşkil olunan "Səyyar qəbul otağı"nda Gəncə RQİİ-nin baş mühəndisi çıxış edərək aksiyanı açıq elan edib.

 

Manset.az xəbər verir ki, qurum rəsmisi görüşdə səsləndiriləcək problem, təklif və istəklərin Birliyin səlahiyyətləri çərçivəsində həll olunacağını bildirib.

Daha sonra mikrofon aksiyaya qatılan 7 sakinin ixtiyarına verilib. Müraciətlərdən biri şəhid bulağının inşası üçün qaz xəttinin yerinin dəyişdirilməsi, 2-si fərdi yaşayış evinin qazlaşdırılması, daha 1-i sayğacın yerinin dəyişdirilməsi və digərləri isə debitor borcun araşdırılmasından ibarət olub.

Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az