Firad Əliyev Baş Prokurorun Fəxri Fərmanı ilə təltif edildi - FOTO

16:29 - 06 May 2023

Firad Əliyev Baş Prokurorun Fəxri Fərmanı ilə təltif edildi - FOTO

Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə xidməti vəzifələrini layiqincə və nümunəvi yerinə yetirdiyinə görə Baş Prokuror tərəfindən Azərbaycan Respublikası Prokurorluğunun Fəxri Fərmanı ilə təltif edilmişdir.

 

Manset.az xəbər verir ki, Əliyev Firad Fuad oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr təhsil pilləsini 2002-ci, magistr təhsil pilləsini 2004-cü ildə fərqlənmə diplomları ilə bitirərək hüquq fakültəsinin ən nümunəvi məzunu adına layiq görülmüşdür. Firad Əliyev 2005-ci ildən prokurorluq orqanlarına qulluğa qəbul edilərək, müstəntiq, böyük müstəntiq, prokuror köməkçisi, prokurorun böyük köməkçisi, prokuror, böyük prokuror vəzifələrində qulluq keçmişdir. 2018-ci ildən hazırkı vəzifədədir.

Firad müəllimi redaksiyamız adından təbrik edir və gələcək fəaliyyətində uğurlar diləyirik.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az