Bu avtobusda nağd ödəniş ləğv edildi

09:00 - 08 May 2023

Bu avtobusda nağd ödəniş ləğv edildi

50 nömrəli müntəzəm marşrut üzrə (“Neftçilər” metrostansiyası – Yeni Günəşli qəsəbəsini əlaqələndirən) avtobuslarda gedişhaqqının nağd qaydada ödənilməsi dayandırılıb.

 

Bu barədə Manset.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, 8 maydan etibarən bu avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödənilir.

Qeyd edilib ki, iş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az