İrəvanda əsir saxlanılan Hüseyn anasına ZƏNG ETDİ - VİDEO

21:31 - 09 Avqust 2023

İrəvanda əsir saxlanılan Hüseyn anasına ZƏNG ETDİ - VİDEO

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundov ailəsi ilə əlaqə saxlayıb.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu əks etdirən görüntülər Telegram kanalında yayılıb.

Qeyd edək ki, videozəng Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutub.

Xatıradaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Ermənistanda əsir saxlanılan, guya "qətldə ittiham olunan" azərbaycanlı əsgər Hüseyn Axundov 20 il müddətinə "azadlıqdan məhrum edilib".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az