Baş prokuror Saxmuxda vətəndaş qəbulu keçirəcək

12:02 - 10 Avqust 2023

Baş prokuror Saxmuxda vətəndaş qəbulu keçirəcək

Baş prokuror Kamran Əliyev avqustun 17-də, saat 10:00-da Samux rayon prokurorluğunun inzibati binasında Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayon sakinlərinin qəbulunu keçirəcək.

 

Qurumun Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə,  vətəndaşların qəbulla bağlı qeydiyyatı və Samux rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az