Daha 2 küçədə sürət həddi endirildi - FOTOLAR

16:44 - 11 Avqust 2023

Daha 2 küçədə sürət həddi endirildi - FOTOLAR

“Bakı şəhərində daha 2 küçədə sürət həddi endirilib”.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Manset.az-a verilən məlumata görə, 11 avqust tarixindən paytaxtın Məhəmməd Hadi və Təbriz küçələrində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

“Hər iki yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edirik”, - məlumatda qeyd edilib.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az