Respublikanın bəzi bölgələrində avqustun 11-də yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə yanğın indeksi Şahbuz, Ordubad, Şərur, Naxçıvan, Culfada çox yüksək yanğın təhlükəsi növünə çatıb.
Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə yanğın indeksi Göygöl, Şəmkir, Daşkəsəndə orta, Gədəbəy, Tovuzda yüksək, Ağdam, Naftalan, Tərtər, Ağstafa, Gəncədə isə çox yüksəkdir.
Balakən-Şəki (Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə yanğın indeksi Şəki, Qax, Zaqatala, Balakəndə orta, Qəbələ, Oğuzda isə yüksək yanğın təhlükəsi növünə çatıb.