Daha 4 rayonda “Azəriqaz”ın “Açıq mikrofon”u baş tutacaq

12:30 - 19 Avqust 2023

Daha 4 rayonda “Azəriqaz”ın “Açıq mikrofon”u baş tutacaq

“Azəriqaz” İstehsalat Birliyinin növbəti həftə daha 4 rayonda saat 11:00-dan 12:00-dək “Açıq mikrofon” aksiyası keçiriləcək.

 

Manset.az “Azəriqaz”a istinadən xəbər verir ki, növbəti həftə (21-22.08.2023 və 24-25.08.2023 tarixləri) daha 4 rayonda saat 11:00-dan 12:00-dək “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.

Aksiya həftənin 1-ci günü Ağstafa rayonu, Poylu kəndində (poçtun qarşısı), 2-ci günü Qazax rayonu, Çaylı kəndində (Şəhidlər xiyabanının yanı), 4-cü günü Tovuz rayonu, Dönük Qırıqlı kəndində (İcra nümayəndəliyinin qarşısı), 5-ci günü isə Gədəbəy rayonu, Arıqdam kəndində (kənd orta məktəbinin qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az