Aeroport yolunda qəza sıxlıq yaratdı

12:49 - 26 Avqust 2023

Aeroport yolunda qəza sıxlıq yaratdı

Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Manset.az-a verilən məlumata görə, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Digər bir yol-nəqliyyat hadisəsi isə Ziya Bünyadov prospekti, “Xutor” tunelinin çıxışında qeydə alınıb. Hazırda “ Koroğlu” metro stansiyası istiqamətində sıxlıq var.

Hər iki qəza səbəbindən yaranan sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az