Azərbaycanda ilk dəfə sığorta festivalı keçirildi

20:08 - 26 Avqust 2023

Azərbaycanda ilk dəfə sığorta festivalı keçirildi

Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə təşkilatçılığı ilə ölkədə ilk dəfə "Sığorta Festivalı" təşkil olunub.

 

Manset.az xəbər verir ki, bu gün Bakı şəhərində Festivalın təntənəli açılış mərasimi keçirilir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Şəhriyar Məcidov jurnalistlərə açıqlamasında bildirib ki, tədbir 26 avqust - 7 sentyabr tarixləri arasında ölkənin ən böyük 10 şəhərində keçiriləcək.

Onun sözlərinə görə, festivalın başlıca əhəmiyyəti əhali arasında sığorta savadlılığının artırılması və sığorta xidmətlərinə əlçatanlığın təmin olunmasıdır.

"Festival Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu­nun birlikdə həyata keçirdiyi genişmiq­yası maarifləndirmə layihəsinin tərkib hissəsidir", - Ş.Məcidov əlavə edib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az