Azərbaycanda deputat bu vəzifəsindən azad olundu

10:23 - 18 Sentyabr 2023

Azərbaycanda deputat bu vəzifəsindən azad olundu

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin deputat direktoru vəzifədən azad edilib.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, təhsil nazirinin müavini Ovni Muradov əmr imzalayıb. Əmrə əsasən, məktəbin direktoru Esmira Həsən qızı Həsənova tutduğu vəzifədən azad edilib.

Esmira Həsənova 21 saylı Məzrə seçki dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Qeyd edək ki, yeni tədris ilindən öncə Muxtar Respublikanın keçmiş təhsil naziri Rəhman Məmmədovun əmrinə əsasən, 10-dan çox direktor işdən azad olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az