İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO

14:17 - 10 Oktyabr 2023

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO

Oktyabrın 9-da saat 21:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

 

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Manset.az-a məlumat verilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 8 kq 270 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az