Paşinyan Bişkekdə MDB sammitində iştirak etməyəcək

17:21 - 10 Oktyabr 2023

Paşinyan Bişkekdə MDB sammitində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 13-ü Bişkekdə keçiriləcək MDB sammitində iştirak etməyəcək.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Paşinyan bu barədə məlumatı Qırğızıstan Prezidenti Sadır Japarovla telefon danışığı zamanı açıqlayıb. 

O, söhbət zamanı bir sıra səbəblərə görə sözügedən sammitdə iştirak edə bilməyəcəyi ilə bağlı Japarovu məlumatlandırıb. 

Qeyd edək ki, daha əvvəl də Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Bişkekdə MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcəyi məlum olub. 

Xatırladaq ki, Rusiyanın XİN rəhbərinin müavini Mixail Qaluzin yerli mediaya müsahibəsində Bişkekdə Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilə biləcəyini bəyan etmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az