Bakının Nizami Rayon Məhkəməsi “Ehmedoglu-2020” MMC-ni cərimələyib.
Manset.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1, 237.2, 266.2, 271 və 275.2-ci maddələri ilə tərtib edilmiş protokola baxılıb.
Məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat cərimə edilib.
Bildirilib ki, “Ehmedoglu-2020” MMC ekoloji tələbləri pozub. İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddələri ekoloji standartların pozulması ilə bağlı xətaları nəzərdə tutur.