Xoşbəxt Abdullayev vəzifəsindən azad olundu - VİDEO

12:57 - 12 Oktyabr 2023

Xoşbəxt Abdullayev vəzifəsindən azad olundu - VİDEO

Xalq artisti, "Şöhrət” ordenli mərhum Ağaxan Abdullayevin oğlu Xoşbəxt Abdullayev Gömrük Komitəsindəki vəzifəsindən kənarlaşdırılıb.

 

Manset.az qaynarinfo-ya istinadən xəbər verir ki, o, işdə verdiyi nöqsana görə əvvəlcə töhmət alıb, sonra isə pensiyaya göndərilib. Gömrük polkovniki rütbəsini daşıyan Xoşbəxt Abdullayev uzun müddət Gömrük Komitəsinin baş inspektoru vəzifəsində çalışıb.

Qeyd edək ki, X.Abdullayev 90-cı illərdə müğənni kimi tanınıb. Həmin dövrdə bir neçə məşhur mahnıların müəllifi olub. Sonradan səhnədən uzaqlaşaraq, gömrük sistemində işə başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az