Separatçılara ailələri ilə əlaqə yaratmaq imkanı yaradılıb

16:21 - 13 Oktyabr 2023

Separatçılara ailələri ilə əlaqə yaratmaq imkanı yaradılıb

Törətdikləri qanunsuz əməl və cinayətlərə görə Azərbaycan tərəfindən saxlanılan Qarabağ separatçılarının keçmiş hərbi-siyasi “rəhbərləri”nə ailələri ilə telefonla əlaqə saxlamaq imkanı yaradılıb. 

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan parlamentinin “Hayastan” blokundan deputatı Gegam Manukyan açıqlayıb.

Onun sözlərinə görə, qardaşı, qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini” olmuş Davit Manukyan iki gün əvvəl ailəsi ilə əlaqə saxlayıb.

Bildirilir ki, separatçıların keçmiş “liderləri”, eləcə də 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış Lyova Mnatsakanyan da ailəsi ilə danışıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az