Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinə yeni müdir təyin edilib.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı nazir Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov sözügedən vəzifəyə təyinat alıb.