İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirələri yad olundu - FOTOLAR

16:40 - 19 Oktyabr 2023

İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirələri yad olundu - FOTOLAR

İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi şəhidləri çavuş Müslümov Elşən Habil oğlunun və əsgər Məhərrəmov İsa Məhərrəm oğlunun şəhadətlərinin üçüncü ildönümü münasibətilə məzarları ziyarət olunub.

 

Manset.az xəbər veir ki, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin rəisi Ramin Şükürov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının əməkdaşları, şəhidlərin ailə üzvləri, qazilər, 44 günlük Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Müslümov Elşən Habil oğlu şəhadətindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” “Suqovuşanın azad olunmasına görə” medalları ilə, Məhərrəmov İsa Məhərrəm oğlu isə şəhadətindən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” medalları təltif ediliblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az