Bu istiqamətlərdə əlavə reyslər təyin edilir

13:56 - 23 Oktyabr 2023

Bu istiqamətlərdə əlavə reyslər təyin edilir

“Azərbaycan Dəmir Yolları” QSC bayram günlərində artan sərnişin tələbatını nəzərə alaraq əlavə reyslər təyin edir.

 

Manset.az xəbər verir ki, noyabrın 8, 9, 10, 11, 12-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar hər gün

- 07:30-da Bakıdan Qəbələyə,

- 19:00-da Qəbələdən Bakıya yola düşəcək.

Bildirilib ki, noyabrın 4-ü iş günü sayıldığından həmin günə olan reys ləğv edilir.

Əvəzində noyabrın 5-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar təyin olunur.

Səfərlərinizin bir toxunuş qədər rahat olması üçün “ADY Mobile”dan istifadə edin.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az