“Mən bizimkilər tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəyirəm”.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunan Vaqif Xaçatryan məhkəmədə deyib.
Xaçatryan bildirib ki, o, 1991-ci ilin iyunun 5-i polis tərəfindən tutulub, bir ay Şuşada saxlanılıb: “Bu həbs mənə dərs olub, ondan sonra bu məsələlərdən əl çəkmişəm”.