Qızılağac Milli Parkında balıq ovlayan şəxs saxlanıldı

12:37 - 24 Oktyabr 2023

Qızılağac Milli Parkında balıq ovlayan şəxs saxlanıldı

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının Kiçik Qızılağac körfəzi adlanan ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

 

Bu barədə Manset.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.

Bildirilib ki, sözgedən şəxsdən ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az