Birgə təlimdə silah və texnikalar sərgiləndi - VİDEO

14:12 - 24 Oktyabr 2023

Birgə təlimdə silah və texnikalar sərgiləndi - VİDEO

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü”ndə silah və texnika sərgisi nümayiş etdirilib.

 

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, qonaqlar Azərbaycan Ordusunun arsenalında olan zirehli döyüş maşınları, müxtəlif təyinatlı hərbi texnika, pilotsuz uçuş aparatları, eləcə də digər hərbi vasitələrlə tanış olublar.

“Yüksək səviyyəli müşahidəçi günü”ndə, həmçinin Türkiyənin “ROKETSAN”, “HAVELSAN”, “ASELSAN”, “BAYKAR” və digər şirkətlərin stendləri də təqdim edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az