Qəbələdə 6 nəfərlik ailənin evi yararsız hala düşdü - Çadır quruldu (VİDEO)

18:00 - 24 Oktyabr 2023

Qəbələdə 6 nəfərlik ailənin evi yararsız hala düşdü - Çadır quruldu (VİDEO)

Fövqəladə Hallar Nazirliyinə Qəbələ rayonu, Bum qəsəbə sakini Rəhimov Elçin Umar oğluna məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar 6 nəfərdən ibarət ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyiilir. Xəbərə görə, bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən Bum qəsəbə sakini E.Rəhimov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az