Bu gün Ay tutulması olacaq - Bakı vaxtı ilə saat…

09:26 - 28 Oktyabr 2023

Bu gün Ay tutulması olacaq - Bakı vaxtı ilə saat…

Bu gün ilin ikinci Ay tutulması baş verəcək.

 

Manset.az xəbər verir ki, bu, qismən Ay tutulması olacaq.

Bakı vaxtı ilə saat 22:01:44-də yarımkölgəli, saat 23:35:18-də qismən tutulma başlayacaq. Təbii hadisənin maksimumu oktyabrın 29-u saat 00:14:00-da baş verəcək. Saat 00:52:37-də qismən tutulma, saat 02:26:19-da yarımkölgəli tutulma sona çatacaq.

2023-cü ilin ikinci qismən Ay tutulmasını Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik, Hind okeanları, Arktika və Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulma hadisəsi Azərbaycan ərazisində də müşahidə olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az