Çexiyada quş qripi yayıldı

22:31 - 29 Sentyabr 2021

Çexiyada quş qripi yayıldı

Çexiyada yüksək patogenli quş qripi yayılıb.

Manşet.az TASS-a istinadən xəbər verir ki, virus Bohemiyanın Pribram şəhəri yaxınlığındakı kəndlərdən birində beş ev qazında aşkarlanıb.

Çexiya Kənd Təsərrüfatı Nazirliyi əvvəllər bu kənddə (Trxov-Dusniki) quş qripinin yayılması barədə məlumat vermişdi.

Qeyd edək ki, bu, Çexiyada 2021-ci ildə quş qripinin aşkarlandığı 39-cu hadisədir. Xəstəliklə əlaqədar son səkkiz ay ərzində respublikada 250 minə yaxın quş kəsilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az