Sürücülər idarə etdikləri nəqliyyat vasitələri ilə paytaxtın Yasamal rayonunda yerləşən yolda rahat hərəkət edə bilmirlər.
Manset.az-a müraciət edən sürücülər bildirirlər ki, Qələbə dairəsindən Ə.Salamzadə küçəsi istiqamətində hərəkət edərkən yolda olan tramplinlər nəzərdə tutulan sürət limitində hərəkətlərinə mane olur.
Onlar aidiyyatı qurumlara müraciət etsələr də, heç bir tədbir görülmür.