TƏBİB qızılcadan ölən uşaqla bağlı məlumat yaydı

21:12 - 05 Fevral 2024

TƏBİB qızılcadan ölən uşaqla bağlı məlumat yaydı

Ötən gün saat 12:22 radələrində Tovuz rayonu Qədirli kənd sakini 2014-cü il təvəllüdlü Yusif Raul oğlu İsmayılov Tovuz Rayon Mərkəzi Xəstəxanasının (MRX) Təcili yardım şöbəsinə yerləşdirilib.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Manset.az-a bildirilib ki, daxil olarkən vəziyyəti ağır olub.

Uşaq, həmçinin serebral iflic xəstəsi olub. Saat 13:20 radələrində Yoluxucu xəstəliklər şöbəsinə köçürülüb. Vəziyyəti ağırlaşdığına görə müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Bütün görülən tədbirlərə baxmayaraq, xəstə saat 14:50 radələrində ağırlaşmış qızılca və pnevmoniya səbəbindən dünyasını dəyişib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az