Çindəki səfirliyimizdə səsvermə başa çatdı

15:36 - 07 Fevral 2024

Çindəki səfirliyimizdə səsvermə başa çatdı

Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində səsvermə prosesi bitib.

 

Bu barədə Manset.az-a Azərbaycanın Çindəki səfirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 44 saylı seçki məntəqəsində yerli vaxtla səhər saat 08:00-da başlayan səsvermə axşam saat 19:00-da başa çatıb.

"Səfirlikdə konsulluq qeydiyyatında olan vətəndaşlarımız, “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Pekin-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuş və kabin heyəti və müxtəlif səbəblərdən seçki günü Pekin şəhərində olan seçicilər də səsvermədə iştirak ediblər. Bayram əhval ruhiyyəsində keçirilən seçkilərdə Azərbaycan vətəndaşları xüsusi fəallıq nümayiş etdiriblər", - məlumatda vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az