“Bu seçkilər Xocalı sakinləri üçün xüsusi məna daşıyır” - Məntəqə sədri

16:48 - 07 Fevral 2024

“Bu seçkilər Xocalı sakinləri üçün xüsusi məna daşıyır” - Məntəqə sədri

"Xocalı sakinləri Zəfər seçkilərində sevinc və qürur hissi ilə iştirak edirlər. Gəncədə - Xocalı rayonundan olan keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbədə sanki bayram əhval-ruhiyyəsi var. Çünki bu seçkilər bizim üçün xüsusi məna daşıyır. İlk dəfədir ki, prezident seçkiləri işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən doğma Xocalımızda da keçirilir”.

 

Manset.az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 84 saylı məntəqəsinin sədri Zülfü Quliyev bildirib.

O vurğulayıb ki, hazırda seçki prosesi qanunvericiliyə uyğun, yüksək seçici fəallığı ilə davam edir: "Məntəqədə 830 seçici qeydiyyatdadır. Onlardan 14 nəfərin yaşı 80-dən yuxarıdır, 22 gəncimiz isə ilk dəfə səs verir. Seçicilər səs vermək üçün aktiv şəkildə məntəqəyə gəlirlər. Zəfər seçkiləri yaddaşımıza əbədi yazılacaq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az