"80 milyon insan aclıqla üzləşə bilər" - BMT-dən XƏBƏRDARLIQ 

16:40 - 12 May 2025

\"80 milyon insan aclıqla üzləşə bilər\" - BMT-dən XƏBƏRDARLIQ 

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk iqlim dəyişikliyi ilə bağlı ciddi xəbərdarlıq edib.


Manset.az-ın məlumatına görə, o, sosial şəbəkədəki paylaşımında qeyd edib ki, dünyada hər 10 nəfərdən biri hazırda aclıqla üzləşir və bu vəziyyətin daha da pisləşmə ehtimalı var. 

V.Türkün sözlərinə görə, iqlim dəyişikliyi 2050-ci ilə qədər daha 80 milyon insanı aclığa sürükləyə bilər.

O bildirib ki, bu, dünya üzrə qida çatışmazlığı ilə deyil, qidaların əlçatanlığını və davamlılığını təmin edə bilməyən sistemlərlə bağlıdır:

“Bizim ədalətə, davamlılığa və insan hüquqlarına əsaslanan qida və torpaqdan istifadə sistemlərinə ehtiyacımız var”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv