İstanbulda 3,8 bal gücündə zəlzələ baş verib
Manset.az-ın məlumatına görə, bu gün səhər saatlarında İstanbulun Büyükçekmece sahillərində 3,8 bal gücündə zəlzələ qeydə alınıb.
Yerli vaxtla saat 07:18-də baş verən yeraltı təkanların ocağı 6,84 kilometr dərinlikdə yerləşib.
Zəlzələ bölgədə qısamüddətli panikaya səbəb olub. Hazırda hər hansı dağıntı və ya xəsarət barədə məlumat verilməyib.