ABŞ Prezidenti Donald Tramp, hərbi müdaxilə qərarından əvvəl İran rəhbərliyinə iki həftəlik möhlət verdiyini açıqlayıb. Ağ Evdən verilən məlumata görə, bu müddət ərzində Tehranla danışıqlar ehtimalı nəzərdən keçiriləcək. Həmçinin bildirilir ki, gərginlik dövründə ABŞ və İran arasında bir neçə dəfə təmaslar olub.
Manset.az-ın məlumatına görə, Ağ Evdən edilən açıqlamada qeyd olunur ki, Trampın qərar verməsi üçün İrana iki həftə vaxt tanınıb:
“Prezidentin birbaşa mesajını sizə çatdırıram. Öz sözləri ilə desək: ‘İranla qarşıdakı günlərdə danışıqlar aparmaq ehtimalını da nəzərə alaraq, əməliyyatla bağlı qərarımı iki həftə ərzində açıqlayacağam.’”
Reuters agentliyinə danışan mənbələrə görə, Əraqçi Vitkoffa bildirib ki, İsrail hücumları dayandırmadıqca Tehran danışıqlara qayıtmayacaq. Danışıq zamanı ABŞ-ın İrana may ayında təqdim etdiyi təklif də qısaca müzakirə olunub, lakin Əraqçi bu təklifi rədd edib.