Bu ölkədə parlament seçkisi təxirə salındı

20:35 - 21 Sentyabr 2025

Bu ölkədə parlament seçkisi təxirə salındı

Suriya parlamentinə seçki oktyabrın 5-nə təxirə salınıb.


Manset.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, səsvermə əvvəlcə sentyabrın sonuna təyin edilmişdi.

Bildirilir ki, seçki "logistik səbəblərə görə", xüsusən də ölkədə davam edən döyüşlər və əhalinin yerdəyişməsi səbəbindən etibarlı vətəndaş qeydlərinin olmamasına görə təxirə salınıb.

Qeyd edək ki, Suriyada seçki sisteminə əsasən, seçicilər kollegiyasının səsverməsi ilə 140 parlament üzvü seçiləcək. Daha 70 nəfər isə Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraa tərəfindən təyin ediləcək. Müvəqqəti parlament 30 aylıq müddətə fəaliyyət göstərəcək.

Xatırladaq ki, Suriya parlamenti yanvarın 29-da müvəqqəti hökumətin fərmanı ilə buraxılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az