1953-cü ilin açıqcası 72 ildən sonra sahibinə çatdı

16:28 - 22 Sentyabr 2025

1953-cü ilin açıqcası 72 ildən sonra sahibinə çatdı

ABŞ-da 1953-cü ildə göndərilən açıqca 72 il sonra sahibinə çatdı.



Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 16 yaşlı Alan Ball, Nyu-Yorkdan ailəsinə “Bura çatdım” mesajı ilə açıqca göndərmişdi. Lakin məktub itmiş və 72 il sonra İllinoys ştatında tapılmışdı.

Araşdırmalar nəticəsində açıqcanın sahibi – hazırda 88 yaşında olan Alan Ball müəyyən edildi və məktub ona çatdırıldı. Ball bu hadisəni gülümsəyərək qarşılayıb və səfərinin həyatını dəyişdiyini bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az