Türkiyədə 5 ballıq zəlzələ: 17 nəfər yaralandı - YENİLƏNİB

18:23 - 02 Oktyabr 2025

Türkiyədə 5 ballıq zəlzələ: 17 nəfər yaralandı - YENİLƏNİB

Mərmərə dənizində baş verən və İstanbulda güclü hiss edilən zəlzələ nəticəsində 17 nəfər xəsarət alıb.


Manset.az xəbər verir ki, bu barədə İstanbul valisi Davut Gül açıqlama verib.

Onun sözlərinə görə, yaralıların hamısı təşviş nəticəsində xəsarət alıb.

***

16:06

Mərmərə dənizində 5 bal gücündə zəlzələ baş verib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, AFAD-dan verilən məlumata görə, Marmaraereğlisi sahillərində baş verən zəlzələ İstanbul da daxil olmaqla ətraf vilayətlərdə də hiss olunub.

Türkiyə vaxtı ilə saat 14:55-də baş verən zəlzələ Tekirdağın Marmaraereğlisi sahillərində baş verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az