Tbilisidəki iğtişaşlarla bağlı 22 nəfər saxlanıldı

23:58 - 07 Oktyabr 2025

Tbilisidəki iğtişaşlarla bağlı 22 nəfər saxlanıldı

Gürcüstanda 4 oktyabrda Tbilisidə baş verən iğtişaşlarla əlaqədar 22 nəfər saxlanılıb.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bəyan edib.

Onun sözlərinə görə, şəxsiyyəti müəyyən edilən daha üç nəfərin axtarışı davam edir.

"Tbilisidə baş verən qanunsuz hadisələrlə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 4 maddəsi üzrə istintaq aparılır. Hazırda iş üzrə kompleks istintaq hərəkətləri davam edir", – deyə o bildirib.

Daha əvvəl iğtişaşlarda iştirak edən 13 nəfərin saxlanıldığı bildirilmişdi.

Xatırladaq ki, oktyabrın 4-də Gürcüstan paytaxtında bələdiyyə seçkiləri günü müxalifətin mitinqi keçirilib. Təşkilatçıların aqressiv çağırışlarından sonra aksiya iğtişaşlara çevrilib, nəticədə onlarla polis əməkdaşı xəsarət alıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az