Meksikanın mərkəzi və cənub bölgələrini bürüyən güclü yağışlar, daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 37 nəfərə yüksəlib.
Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “El Universal” qəzeti Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, ən çox insan tələfatı İdalqo ştatında qeydə alınıb – burada 22 nəfər həlak olub. Pueblada doqquz, Verakruzda beş, Keretaro ştatında isə bir nəfərin öldüyü bildirilir.
Hazırda ölkənin beş ştatının 117 bələdiyyəsində əhaliyə yardım tədbirləri gücləndirilir.
Meksika Prezidenti Klaudiya Şeynbaumun sözlərinə görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında beş mindən çox hərbçi və xilasedici iştirak edir.
***
13:59
Meksikada şiddətli yağışların səbəb olduğu daşqınlar nəticəsində 28 nəfər ölüb.
Manset.az APA-ya istinadən xəbər verir ki, ölkənin 32 ştatının 31-də güclü yağıntı qeydə alınıb.
Daşqınlar yol və körpülərin dağılmasına, kəndlərin su altında qalmasına səbəb olub.
Ən çox ziyan Hidalqo ştatına dəyib. Burada 16 nəfərin öldüyü bildirilir. 1000-dən çox evə zərər dəyib, bəzi yerlərdə xilasetmə əməliyyatları aparmaq qeyri-mümkün vəziyyətə gəlib.
Təkcə Puebla ştatında 80 000-ə yaxın insan daşqınlardan ziyan görüb.
Meksika ordusu zərərçəkmiş şəsxlərə humanitar yardımların paylanmasına cəlb edilib.
Xilasetmə əməliyyatları davam etdirilir.