Hakan Fidan Rubio ilə müzakirə apardı

18:53 - 16 Oktyabr 2025

Hakan Fidan Rubio ilə müzakirə apardı

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.


Manset.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Qəzzada atəşkəsin qorunması və bölgəyə humanitar yardımın fasiləsiz çatdırılması üçün atılacaq addımlar müzakirə edilib.

Həmçinin, Şarm əş-Şeyxdə imzalanmış Niyyət Bəyannaməsinin həyata keçirilməsi ilə bağlı məsələlər də müzakirə olunub.

Bundan başqa, Suriyadakı proseslər, İranın nüvə proqramı ilə bağlı danışıqlara dair məsələlər, Rusiya ilə Ukrayna arasında müharibənin gedişi ilə bağlı da fikir mübadiləsi aparılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az