Küveyt Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində 12 nəfər xəsarət alıb.
Manset.az xəbər verir ki, bu barədə KUNA agentliyi əmirliyin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Digər təfərrüatlar açıqlanmayıb.
***
20:12
İrana məxsus pilotsuz uçuş aparatı (PUA) Küveytin beynəlxalq hava limanını hədəf alıb.
Manset.az Reuters-ə istinadən xəbər verir ki, aeroportun bir neçə işçisi yüngül xəsarət alıb.
Məlumata görə, aeroporta məhdud maddi ziyan dəyib.