İran Hörmüz boğazını bağlayır

20:24 - 28 Fevral 2026

İran Hörmüz boğazını bağlayır

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) radio rabitəsi vasitəsilə gəmilərin Hörmüz boğazını keçməsinin qadağan edildiyini elan edib və boğazı bağlayıb.


Manset.az Reuters agentliyinə istinadən xəbər verir ki, dəniz trafikini izləmə xidmətlərinin məlumatına görə, boğazda gəmilərin sayı onun giriş və çıxış hissələri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb.

Bundan əvvəl agentlik iri neft şirkətlərinin Hörmüz boğazı vasitəsilə xam neft, yanacaq və mayeləşdirilmiş təbii qaz tədarükünü dayandırdığı barədə məlumat yaymışdı.

Fars körfəzi ölkələrindən neft və qaz ixracının böyük hissəsi məhz Hörmüz boğazından keçirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az