İsrailin Livana zərbələri nəticəsində 50-dən çox ölən var

22:17 - 02 Mart 2026

İsrailin Livana zərbələri nəticəsində 50-dən çox ölən var

İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində 52 nəfər həlak olub, 154 nəfər yaralanıb.


Manset.az xəbər verir ki, bu barədə NewsBreak məlumat yayıb.

"İsrailin Beyrutun cənubuna və Livanın digər rayonlarına endirdiyi zərbələr nəticəsində azı 52 nəfər həlak olub və 154 nəfər yaralanıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, "Hizbullah" qruplaşması İsrailin şimalına raket və pilotsuz uçuş aparatları buraxandan sonra İsrail ordusu cavab atəşi açıb.

Livanın Baş naziri Nəvaf Salam Nazirlər Kabinetinin beş saatlıq iclasından sonra müharibə və sülh barədə qərarın yalnız Livan dövlətinin əlində olduğunu bəyan edərək "Hizbullah"ın bütün fəaliyyətinin dərhal qadağan edilməsi tələbini irəli sürüb.

Daha əvvəl İsrail Müdafiə Qüvvələri "Hizbullah"ın bütün Livan ərazisindəki infrastrukturunu və şəxsi heyətini hədəf alan hücum təşkil edəcəyini bildirib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az