SEPAH Hörmüz boğazında ABŞ-nin müttəfiqlərinin tankerinə hücum etdi

22:54 - 02 Mart 2026

SEPAH Hörmüz boğazında ABŞ-nin müttəfiqlərinin tankerinə hücum etdi

ABŞ müttəfiqlərinə məxsus "Aten Nova" yanacaqdoldurma tankeri Hörmüz boğazında iki pilotsuz uçuş aparatının (PUA) hücumundan sonra yanıb.


Manset.az xəbər verir ki, bu barədə məlumat İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Telegram kanalında yayılıb.

Qeyd olunub ki, "Gerçək vəd-4" əməliyyatının 12-ci mərhələsi çərçivəsində ABŞ-nin Bəhreyndəki digər obyektləri də vurulub. Hücum zamanı 6 PUA-dan istifadə olunub. ABŞ ordusunun Küveyt, BƏƏ və Hörmüz boğazındakı stasionar və mobil hədəfləri 26 PUA və 5 ballistik raketlə vurulub.

"Əməliyyatlar zamanı ABŞ-nin Küveytdəki "Arifcan" adlı bazası iki mərhələdə 12 PUA ilə vurulub. BƏƏ-dəki "Minhad" bazasında ABŞ Silahlı Qüvvələrinin komandanlıq-idarəetmə mərkəzinə 6 dron və 5 ballistik raketlə hücum edilib", – məlumatda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az